Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı (VİDEO)

publika.az14473125125c819a9351b71634c72bf66283751870Balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkar edilib.
 Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin şimal sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Bir gün sonra onlardan birinin Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə aşkar edilib. Meyit Xəzər dənizinin Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR