Bakının Nizami rayonunda xoşagəlməz hadisə yaşanıb. Qafqaznews.az azxeber.com-a istinadən xəbər verir ki, Neftçilər metrosundan hərəkətə başlayan 64 nömrəli avtobus sürücülərin həyatını təhlükəyə atıb.
Oxucular tərəfindən göndərilən video görüntüdə sürücü sükan arxasında çay içərək avtobusu idarə edir. Sükandan bir əli ilə tutan sürücü, digər əli ilə də çox rahatlıqla çay içərək sərnişinlərin həyatını təhlükə altına atıb.
Xoşbəxtlikdən heç bir hadisə baş vermədən avtobus yoluna davam edib.