Vera Brejneva: “Sevgi dünyanı xilas edəcək”-FOTOLAR

4

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) xəbər verir ki, Rusiya-Ukrayna estradasının ulduzu , “VİAQRA” qrupunun sabiq üzvü Vera Brejneva 27 sentyabrda Tbilisinin ən görkəmli istirahət mərkəzlərindən biri olan “Shangri La” da  çıxış etmişdir. Təşkilatçılar bir neçə azərbaycanlı jurnalisti də tədbirə dəvət etmişdilər. Vera Brejneva Tbilisi səhnəsində repertuarında  olan xitləri və yeni mahnılarını səsləndirməklə əsrarəngiz şou-proqram numayişi ilə yadda qaldı. Çıxışına başlayan kimi o tamaşaçılarla birbaşa təmasa keçdi və hamını rəqsə dəvət etdi , elə ilk dəqiqələrdən alışan şənlik qığılcımları təbririn sonunadək alova çevrildi . Tamaşaçıları cuşa gətirən oxu tərzi və ehtiraslı rəqslər qarşısında heç kim biğanə qala bilmədi və hamı rəqsə qatıldı .

Proqramın ən maraqlı hissəsi Vera Brejnevanın dəvəti ilə salonda olan xanımların  “VİAQRA” qrupunun üzvləri kimi çıxış  etmələri idi . Yeni ulduzlar səhnəni həvəslə paylaşırdılar.

Hər səslənən mahnı tamaşaçılarla duet təşkil edirdi .Tədbirdən əvvəl Vera Brejneva azərbaycanlı jurnalistlərlə görüşdü. Biləndə ki biz Bakıdanıq , çox sevindi.  Bakını çox sevdiyini bildirdi və məmnuyyətlə Bakı tamaşaçıları qarşısında yenidən çıxış etməyi arzu etdiyini bildirdi .

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

12691011121317192027293031333539

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR