Avtobus divara çırpıldı, 20 nəfər yaralandı – Gəncədə ağır qəza (VİDEO)

img1947727Ağır qəzada yaralanan şəxslərin adları açıqlandı. Yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir.

Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişindaşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhəti isə orta ağır olduğu bildirilir.

Şahin Quliyev – həkim: “Avtoqəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılacaq”.

Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır.

Azər Məmmədov – sürücü

Şəhriyar Cəlilov

Hekayət Əhmədzadə

Arifə Cabbarova

Xəyalə Abdulxalıqova

Ülkər Əfəndiyeva

Afaq Məmmədova

Məryəm Əliyeva

Zəhra Məmmədova

Nərmin Əmirova

Sevda İsmayılova

Zöhrab Namazov

Elmir Cəlilli

Elmira Məmmədova

Milana Məmmədova

Amid Babaxanov

Toğrul Əliyev

İlham Bağırov

Pərvanə Fətəliyeva

Tofiq Eminov

Gəncə şəhər 1 saylı uşaq poliklinikasından Kəpəz Televiziyasına verilən məlumata görə, qolun sınığı diaqnozu ilə poliklinikaya gətirilən bir azyaşlıya da ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR