Putin Ərdoganın görüş təklifini rədd etdi

1448631551Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Recep Tayyip Erdoganın görüşmək təklifini rədd etdiyi bildirilir.
Reuters və Qərb mətbuatının məlumatına görə, bunu prezidentinin köməkçisi Yuri Ushakov deyib.
O bunun Ankaranın Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə bağlı olduğunu deyib.
Bundan əvvəl Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində görüşə bilməsi barədə məlumatlar yayılmışdı.
Bu konfrans noyabrın 30-da keçiriləcək.
Amma Ushakov deyib ki, Putin bu konfrans çərçivəsində İsrail baş naziri Benjamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcək.
Ushakov bildirib ki, bu görüşlərdə əsasən Suriya və Ukrayna münaqişələri müzakirə olunacaq (“Azadlıq” radiosu).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR