Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

Təlimlər hərbi hazırlıq çərçivəsində başlayıb.

pusk_rakety_kompleksa_kalibr-nk_s_borta_mrk_grad_sviyazhsk_0Rusiyanın Xəzər donanmasının gəmilərinin heyəti hərbi hazırlıq çərçivəsində təlimlərə başlayıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

“İlk kurs vəzifəsinin elementlərinin yerinə yetirilməsinə 50 gəmi, o cümlədən “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Veliki Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” kiçik raket və artilleriya gəmiləri başlayıb”, press-relizdə deyilir.

Dənizçilər gəminin döyüşə və səfərə hazırlığına, sağ qalmaq uğrunda mübarizəyə, hava əleyhinə müdafiəyə dair müxtəlif təlimlər keçirirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR