Sürücü özbaşınalığı: qadın avtobusdan yıxılıb xəstəxanalıq oldu

120988_res_01Bakıda sərnişin avtobusundan düşən qadın sürücünün nəqliyyat vasitəsini tez hərəkətə gətirməsi səbəbindən xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 7-də saat 17 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində baş verib. Bakı şəhər sakini Reyhan Quliyeva 60 saylı xətt avtobusundan düşərkən sürücü qəflətən avtomobili hərəkətə gətirib və qadın yıxılaraq xəsarət alıb.

R.Quliyevaya dekabrın 8-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR