Sabiq SSRİ vətəndaşları o dövrü necə xatırlayırlar? – VİDEOSORĞU

img1957585Bu gün SSRİ-nin dağılmasından 24 il ötür. 9 dekabr 1991-ci il tarixində Sovet İttifaqı Belarusda üç respublikanın – Rusiya Federasiyası, Ukrayna və Belarusiya rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə tarixə qovuşdu.
Azərbaycan da daxil olmaqla, bəzi digər respublikalar SSRİ-nin dağılmasından öncə müstəqilliklərini elan etsələr də, ittifaqın dağılması mövcud təhdidləri də aradan qaldırdı.
O zaman bəziləri bunu həmin respublikaların uğuru, bəziləri isə faciəsi kimi qiymətləndirirdi.
Keçmiş sovet respublikası kimi Azərbaycanda da orta və yaşlı nəslin nümayəndələri arasında hələ də o dövrü nostalji hisləri ilə xatırlayanlar, hətta həmin günlərin həsrətini çəkənlər də az deyil.
İstənilən sosial-iqtisadi, hətta siyasi problemlərlə bağlı söhbətlərin sonunda yaşlı nəslin “heyif deyildimi sovet dövrü” sualını yəqin ki, eşitməyən yoxdur. Gənclərin əksəriyyəti isə birmənalı olaraq, həmin dövrü yaşamaq istəmirlər.
Musavat.com sabiq SSRİ vətəndaşları olan azərbaycanlılar arasında sorğu keçirərək, onların sovet nostalgiyasını dilləndirməyə çalışıb.
Görəsən, yaşlı nəsilin nümayəndələri SSRİ-nin qalmasını istərdilərmi? Onlar müstəqilliyimizi, yoxsa sovet kommunizmini daha üstün tuturlar?
Bu suallara verilən cavabları daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR