Nazir Murad Adıgözəlzadəyə şiddətli töhmət verdi

Murad_Adigozelzade-030307-bigİclas keçirildi.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayevinsədrliyi ilə keçirilən iclasda  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti iclasda müzakirə olunan məsələlərdən olub.

İclasda Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Qeyd olunub ki, bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.

Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib.

Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edilib.

Bundan başqa, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq olunub.

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR