Məhərrəm Qasımov yenidən Naxçıvan MSK-nın sədri seçildi

f747872a63a2efab9215e95fed6a1a63İclas keçirilib.

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Qafqaznews.az   APA-ya istinadən məlumatına görə, iclasda təşkilati işə baxılıb, MSK-nın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra  Məhərrəm Qasımov yenidən  Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib.  Əli Qədimov, MSK  sədrinin müavini, Elnur Eyvazov katib seçiliblər.

Qeyd edək ki, dekabrın 22-də Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nın yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR