Sumqayıtda avtobus sürücüsü sərnişinə 5 və 1 manatlıq əskinasların hissələrinin yapışdırılmış formasında olan “pul” verib.
Milli.Az xəbər verir ki, hadisə yanvarın 3-də baş verib. Yeni “manat”ı Sumqayıtda marşrut avtobusunun sürücüsü gediş haqqını ödəmiş sərnişinə qalığı qaytararkən digər pulların arasında sırıyıb. Sərnişin isə sürücünün bu fırıldağından avtobusdan enəndən bir müddət sonra xəbər tutub…