“Butastone” şirkətinin rəhbərliyi fəhlələrin əmək haqqını vermir

140808975014080486041__11062012x1Əmək Müfəttişliyinin rəisi söz verdi ki, fəhlələrin şikayəti araşdırılacaq

“Butasone” şirkətinin işçiləri Pərviz Rzayev və Mübariz Tağıyev Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) şikayət ərizəsilə müraciət ediblər. Şikayətçilər bildirir ki, şirkətin rəhbərliyi Bakı Gimnastika Arenasınının tikintisində işləmək üçün onları bu ilin yanvarın 1-dən işə qəbul ediblər. Müxbirimizin “Sizinlə əmək müqaviləsi bağlanıbmı” sualına şikayətçi Mübariz Tağıyev belə cavab verib: “ Yox, bizimlə əmək müqaviləsi bağlanmayıb. Düzdür, “Butasone”nin rəhbərliyi bizə söz verdi ki, yaxın vaxtlarda sizinlə əmək müqaviləs bağlanacaq, ancaq bağlanmadı. Əmək müqaviləsi olmadan bizimlə birlikdə 10 nəfər işə qəbul olundu. Hərdən bizi məcbur edirdilər ki, gecə saat 2-yədək işləyək. Biz orada 6 ay işələsək də 3 ayın maaşını verdilər, qalan ayların əmək haqqını isə bu günədək vermirlər”. “Axı, şirkətin rəhbərliyi sizin əmək haqqınızı niyə vermir” sualına Mübariz Tağıyev belə aydınlıq gətirdi: ” Biz şirkətin direktoru və təsisçisi Namiq Əsədova müraciət elədik. O, bizi kabinetindən qovdu”. skachanny-e-fajly-32Şikayətçilərin dediyinə görə, “Butasone” şirkəti Azmeco International Finance LLC-nin tərkibinə daxildir. Azmeco International Finance LLC-nin sahibi Namiq Əsədovdur. Onu da bildirək ki, şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Dövlət Xidmətinə də müraciət ediblər və qurumun reaksiyasını gözləyirlər. Müxbirimiz problemlə bağlı şirkətin rəhbəri Namiq Əsədova müraciət edib. Namiq Əsədov bildirib ki: “ Fəhlələrin dedikləri həqiqətə uyğun deyil. Mənə məlum deyil ki, onları işə kim qəbul edib. Bəlkə, onları sadəcə işdən azad ediblər və onlar mənə böhtan atır”. Saytımızın müxbirinin “Sizin icazəniz olmadan onları işə götürə bilərdilərmi” sualına şirkətin rəhbəri belə cavab verib: “ Əlbəttə. Mənim xeyli sayda şirkətim var. İşçiləri kadr şöbəsi işə qəbul edir”. Namiq Əsədov onu bildirib ki, o, eyni zamanda Azmeco International Finance LLC-nin sahibidir. Onun sözlərinə görə o, məcburiyyət qarşısında “Butastone”-nin rəhbərliyini də üzərinə götürüb: “ Bu şirkətin aksiyalarının 50 faizi mənə məxsusdur. Bu yaxınlarda mən şirkətin direktoru Nadir İbrahimovu işindəki nöqsanlara görə işdən azad elədim və rəhbərliyi öz üzərimə götürdüm”. “Butastone” ilə “Azmeco International Finance LLC”-nin nə əlaqəsi var” sualına isə Namiq Əsədov belə cavab verdi: “ Heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, “Azmeco International Finance LLC”-ni yaddan çıxardın”.140808976214080486161406293860IMG-20140725-WA0000_resized-169x300 Söhbətimizin sonunda Namiq Əsədov onu da bildirdi ki, şikayətçiləri mənim yanıma göndərən Nadir İbrahimovdur: “ Mən onlara əmək haqqı verməkdən imtina elədim, çünki elə qeyri-peşəkarları mən deyil, Nadir İbrahimov işə qəbul edib. Və onlar bizim şirkətin imicini korlayırlar”. Biz şikayətçilərin dediyi kimi “Butastone” şirkətinin “Azmeco International Finance LLC”-nin tərkibinə daxil olması ilə maraqlandıq. Bunun üçün şirkətin özünə müraciət etdik. Bizə cavab verən operator bildirdi ki, həqiqətən də “Butastone” şirkəti “Azmeco International Finance LLC”-nin tərkibinə daxildir. Araşdırma zamanı “Butastone” şirkətinin keçmiş direktoru Nadir İbrahimovun da münasibətini öyrəndik: “ Butastone” şirkəti Bakı Gimnastika Arenasının tikitisində iştirak etməyib. Bu işləri “Azmeco International Finance LLC” həyata keçirib və işçiləri də məhz bu şirkət işə qəbul edib”. Araşdırmanın sonunda Dövlət Əmək Müfəttişliyi ilə əlaqə saxladıq. Qurumun rəisi Məhərrəm Maxarov bildirdi ki: “ Biz məsələni diqqətlə araşdıracağıq. Əgər sübut olunsa ki, fəhlələri əmək müqaviləsi olmadan işlədiblər, böyük cərimə edəcəyik. Əgər fəhlələrin sayı çox olsa, onda cinayət işi qaldırılacaq”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

140808977114080486251406293868IMG-20140725-WA0001_resized-271x339 140808977714080486331406293902IMG-20140725-WA0006_resized-350x280-300x240 140808978814080486431406293925IMG-20140725-WA0008_resized-271x339-240x300 140808981214080488741406293877IMG-20140725-WA0002_resized-240x300

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR