Azərbaycanda heyvanlar arasında dermatit virusu yayılıb

140930269919646Azərbaycanda heyvanlar arasında (nodulyar) dermatit virusu yayılıb. Dövlət Baytarlıq Xidmətinin (DBX) məlumatına görə Ağdaş, Zərdab, Bərdə rayonlarında bu xəstəlikdən 11 baş heyvan məhv olub. Ümumulikdə 1600 heyvan bu virusa yoluxub. Ekspertlərin fikrincə bu xəstəliyin yayıcıları müxtəlif həşaratlar, milçək, ağcaqanadlardır. Fermerlərə məsləhət bilinir ki, heyvanların yeminə xüsusi diqqət ayırsınlar və kompleks yemləmə olsun. İribuynuzlu mal-qarada bu xəstəlik qısamüddətli qızdırma, dəri örtüyünün zədələnməsi ilə müşahidə olunur. İnformasiya mənbələrində qeyd olunur ki, belə xəstə heyvanların südündən istifadə qadağandır və cəsədləri yandırılaraq torpağa basdırılır. DBX-nin bu xəstəliklə necə mübarizə apardığını öyrənmək qərarına gəldik. Yəni belə xəstə heyvanların məhsulları satışa yol tapa bilərmi, virus insana keçə bilərmi və s. ? Bu məqsədlə DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq. O, bildirdi ki: “ Bu virus bizim ölkəmizə İrandan keçib. Hazırda 1200 xəstə heyvan müalicə olunub. Ölən heyvanlar isə yandırılaraq basırılıb”. Mətbuat katibi onu da bildirdi ki, bu virus insan üçün təhlükəli deyil. Baytar Qəmbər Quliyev isə bildirdi ki, bu xəstəliyə yoluxmuş heyvanların əti, südü insan çox çox təhlükəlidir.

Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR