Con Keri ”The New York Times “a məqalə yazdı

img1610394Dövlət Katibi hamını İŞİD-ə qarşı ittifaqa səslədi .ABŞ dövlət katibi Con Keri ”The New York Times “ qəzetində məqalə ilə çıxış edib. O, beynəlxalq ictimaiyyətdən terror təşkilatı olan İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizədə dəstək istəyib.

Dövlət katibi deyib ki, terror üzərində qələbə mümkündür. Bunun üçünsə birgə səyləri artırmaq, beynəlxalq alyans yaratmaq, iqtisadi, siyasi, humanitar və hüquqi müstəvilərdə hərbi əməliyyatlara dəstək vermək lazımdır.
Məqalədə deyilir ki, təhlükə döşünüldüyündən də böyükdür. Ekstremist ideologiya ilə silahlanmış dini qruplar barbar üsullarla Yaxın Şərqdə dəhşətli hadisələr törədirlər. Onların törədə biləcəyi təhlükənin əhatə dairəsi genişlənir. Tezliklə Avropa və Amerika da həmin təhlükəli zonaya daxil ola bilər. Müəllif bildirib ki, artıq may ayında İŞİD-ə bağlı terrorçular Brüsseldəki muzeydə terror aktı törətmişdilər, nəticədə 4 nəfər ölmüşdü.
Con Keri  yazır ki, İŞİD son dərəcə təhlükəlidir, ancaq onlara qalib gəlmək olar. Artıq Amerikanın hava zərbələri öz işini görür. İraqın hökumət qüvvələri və kürdlər də hava hücumlarımızın müdafiəsi altında İŞİD-ə qarşı apardıqları savaşda xeyli uğur əldə ediblər.
Yazıda deyilir ki, NATO-nun növbəti zirvə görüşündə terrora qarşı mübarizənin müzakirəyə çıxarılacağı gözlənilir, BMT-nin təhlükəsizlik Şurasına sentyabrdan başçılıq edəcək ABŞ terrora qarşı beynəlxalq alyansın yaranması istiqamətində önəmli işlər görməyi nəzərdə tutur.
Con Keri  onu da vurğulayıb ki, İŞİD-ə qarşı alyans yaratmaq o qədər də asan deyil. Ancaq uğur yalnız bu yolla əldə edilə bilər.
Elbəyi Həsənli, Sürix
musavat.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR