Qazax Körpələr Evində anti-sanitariya

14091399781406823313_0001-350x2471Qazax rayonunun Qazaxbəyli kənd sakini Abayev Namiq Osman oğlu Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) zəng edərək bildirib ki, yaşadığım mənzilin yaxınlığında Körpələr Evi yerləşir. Körpələr Evinin müdirəsi Allahverdiyeva Gözəl  Telman qızıdır. Namiq Abayev bildirir ki, Körpələr Evinin yaxınlığında həmişə anti-sanitariya şəraiti hökm sürür: hamı zir-zibilini bura tökür, ölmüş heyvanların cəsədlərini bura atrılar və s. Ona görə də Körpələr Evindəki uşaqlar tez-tez xəstələnir, hazırda 3 uşaq xəstəxanaya yerləşdirilib.

Şikayətçi bildirir ki, dəfələrlə bu barədə kənd bələdiyyəsinin sədri Südabə Alıyevaya xəbərdarlıq edilsə də heç bir faydası olmayıb, əksinə zibil qalaqları daha da artıb. Görəsən rayon rəhbərliyi, səhiyyə nazirliyinin müvafiq qurumları hara baxır..?

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR