Ukrayna Rusiyanın ən məşhur kanalının yayımını dayandırdı

img1638260

Kiyev rayon İnzibati Məhkəməsi Rusiya telekanalı RBK-TV-nin yayımını dayandırıb.Axar.az xəbər verir ki, bu barədə Televiziya və Radio Yayımı haqqında Ukrayna Milli Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

RBK-TV kanalının Ukraynada qadağan olunan sayca 5-ci kanal olduğu bildirilir.
Qeyd edək ki, daha öncə Milli Şura Ukraynaya gəlməsi qadağan olunan 49 rus KİV nümayəndəsinin siyahısını tərtib edib. Həmin siyahıya Birinci Kanalın, RTR-Planeta, VQTRK, NTV-Mir, Rusiya, Rusiya-1, Rusiya-24, NTV, Peterburq-5,  və digər kanalların jurnalistləri daxil olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR