AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi nümayiş etdirilir

Foto -1

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə 400-dən çox ədəbiyyat daxil olmuşdur. Bunlar monoqrafik əsərlər, əsərlər külliyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və s. başqalarıdır. Yeni daxil olan ədəbiyyatlarda daha çox tarix və ədəbiyyatşünaslığa dair əsərlər üstünlük təşkil edir: Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materiallarının toplandığı “Heydər Əliyev – 90”, “Teymur Əhmədov: Biblioqrafik məlumat toplusu”, Əliyar Səfərlinin “Divan ədəbiyyatı sözlüyü”, Nərgiz Cabbarlının “Axundzadə şəxsiyyəti”, Qurban Bayramov və Jalə Qurbanqızının “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə”, Elşən Nəsibovun “Münasibətlərin balanslaşdırılması”, Əsgər Zeynalovun “Hüqo”, Vəli Osmanoğlunun “Azərbaycan romantizmi”, İsmayıl Umudlunun “Salahlı eli”, Ərəstü Həbibbəylinin “Yeni coğrafiyası işığında”, Nazim Tapdıqoğlunun (Vəlişov) “Faciələrimizin təqvimləri”, Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” və o cümlədən bir çox monoqrafiya, ədəbiyyatşünaslıq, texnika və müxtəlif elm sahələrinə dair digər nəşrləri kitabxanaya daxil olmuşdur.

Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan və rus dillərindədir. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və s. dair müxtəlif elm sahələrindən bəhs edən nəşrlər vardır. Bu da Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin başlıca informasiya mərkəzlərindən biri kimi geniş və çoxtərəfli fəaliyyətində mühüm rol oynayır. Yeni ədəbiyyat sərgisi bir ay müdətində nümayiş olunacaqdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR