Avtobusda dəhşətli olay: rəfiqələr görmə qabiliyyəti zəif olan 77 yaşlı təqaüdçünü döydülər – VİDEO

two-girls-attack-a-pensioner-on-a-bus (1)Avstraliyanın Sautport şəhərinin ictimai nəqliyyatında dəhşətli hadisə baş verib. Belə ki, rəfiqələr 21 yaşlı Larna Uatmot və 17 yaşlı Layni Kameron sərnişin avtobusunda 77 yaşlı görmə qabiliyyəti zəif olan keçmiş jokey Pol Buttinqə hücum çəkiblər.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, olay ölkədə böyük rezonans doğurub. Məlumata görə linçlənmədən qorxan rəfiqələr özləri polisə təslim olublar.

Avtobusda axı nə baş verib? Larna və Layni yaşlı kişi ilə hansısa məsələyə görə mübahisə ediblər. Sonradan bu məsələ qızlar, ələlxüsus da Larna Uatmot tərəfindən əlbəyaxaya çevrilib. Belə ki, qızlar Polun üstünə şığıyaraq onu vurur və küçə söyüşləri ilə təhqir edirlər. Avtobusdakı bəzi sərnişinlər baş verənlərə səssiz qalsada bəziləri dillənir. Bir nəfər isə olayı mobil telefonunun kamerasına çəkir. Qızlardan kişini rahat buraxmalarını tələb edirlər. Onlar isə buna məhəl qoymurlar. Bu azmış kimi Larna avtobusun digər sərnişini ilə də münaqişə yaradır.

Video qısa bir zaman ərzində ölkədə yayılmış və sərt etirazla qarşılanmışdır. Lakin Larna 500 dollar ödəmək şərtilə qısa müddətə azadlığa buraxıldı. Səbəb kimi isə Larnanın zərərçəkənə və məhkəməyə ünvanlanmış məktubdur ki, burada o, Poldan üzr istəyit.

apology-letter (1)apology-letter

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR