Bakı metrosunda cinayət

1Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda kamera oğurlanıb.

Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 15-də metronun “Nərimanov” stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.

Bu barədə məlumat daxil olan kimi əməliyyat başlanıb. Metropolitendə polis şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev müəyyən olunub.

Keçirilən əməliyyat zamanı Elxan Tağıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR