Bakıda marşrut avtobusu həbs olundu – Fotolar

Bu gün səhər saatlarında paytaxtda fəaliyyət göstərən 53 nömrəli marşrut Yol Polisinin işçiləri tərəfindən həbs olunub.1410325951

Axar.az xəbər verir ki, hadisə 08:30-də 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, polis işçiləri sərnişinləri avtobusdan endirərək avtobusu cərimə meydançasına aparmalı olduqlarını bildirib: “Avtobus qəfildən saxlanıldı. Sərnişinləri avtobusdan düşürüb cərimə meydançasına apardılar. Soruşduqda isə bu avtobusa “həbs” qoyulduğunu dedilər”.

Paytaxt sakinlərinin işə tələsdiyi bir vaxtda bu addım sərnişinlərin etirazına səbəb olsa da, avtobus cərimə meydançasına aparılıb.

 

 

 

axar.az1410325968IMG-20140910-WA0002axar.az1410325968IMG-20140910-WA0003

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR