Günay İbrahimli yol hərəkəti qaydalarını belə pozur (VİDEO)

73003Müğənninin “instagram” videoları izləyicilər tərəfindən etiraza səbəb olub

Müğənni Günay İbrahimlinin “instagram” videoları izləyicilər tərəfindən etiraza səbəb olub.

ANS PRESS-in Azxeber.com-a istinadən verdiyi məlumata gör, müğənni avtomobilində mahnı oxuyarkən çəkdirdiyi video görüntülərdə təhlükəsizlik kəmərindən istifadə etmir. Dəfələrlə bu hadisənin təkrar edən Günay, izləyicilər tərəfindən tənqid olunub. Maraqlısı da odur ki, müğənninin bu cür paylaşımları artıq bir neçə aydır ki, davam edir. Ancaq buna baxmayaraq, yol polisləri bu hadisəyə göz yumaraq, müdaxilə etmirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəməri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.

Bu görüntülərdən bəzilərini sizlərə təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR