Həsən Raşidi AMEA Mərkəzi Elmi Kitabxananın qonağı olmuşdur-FOTO

Foto-1

AMEA Mərkəzi Elmi Kitabxanası xarici ölkə ali təhsil ocaqları və kitabxanaları ilə əlaqələr quraraq kitab fondunu zənginləşdirməklə yanaşı, həmçinin xaricdən gələn elm adamları, yazar və aydınlarla da görüşlər keçirir. Bu görüşlərin davamı olaraq Mərkəzi Elmi Kitabxananın növbəti qonağı İran İslam Respublikasından gəlmiş elm adamı Həsən Raşidi idi. Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli ilə görüşən Həsən Raşidi qarşılıqlı elmi fikir mübadiləsi aparmış, Kitabxana ilə tanış olmuş və kitablarını hədiyyə etmişdir.

Xatırladaq ki, Həsən Raşidi 1954-cü ildə Ərdəbil əyalətinin Muğan bölgəsində anadan olub. “Varlıq”, “Fuk Azadi gündəliyi”, Nəvid Azərbaycan”, “Yarpaq”, “Dilmanc” və s. kimi dərgilərdə 150-dən çox məqaləsi dərc edilmişdir.  H.Raşidi həmçinin “Dilimizin sadəliyi qrammeri”  adlı kitab çap etdirərək yaşadığı Kərəc şəhərində ana dilində kurslar açmaqla dilimzə böyük xidmətlər göstərmişdir.  Yazarın “Kimlik böhranı” və “Türklər” əsərləri oxucular tərəfindən müsbət qarşılandığından dəfələrlə  çap edilmişdir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Foto-2

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR