Rusiyanın ən böyük sosial şəbəkə rəhbəri istefa verdi

1411623392

Rusiyanın kifayət qədər populyarlıq qazanmış “Odnoklassniki” sosial şəbəkəsinin rəhbəri və “Mail.Ru Group”un vitse-prezidenti İlya Şirokov şirkətdən istefa verir.

Axar.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətdəki mənbə məlumat verib.  Oktyabrın 1-dən “Odnoklassniki”yə Anton Fedçin rəhbərlik edəcək. Şirokov özü mətbuata açıqlamasında deyib ki, beynəlxalq layihələr həyata keçirməyi planlaşdırır.Qeyd edək ki, İlya Şirokov “Odnoklassniki” sosial şəbəkəsinə 4 ildən çox rəhbərlik edib. Buna qədər o, “Moy kruq” adlı sosial şəbəkə yaratmışdı.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR