Sərhəd yolunda qəza: 2 ölü, 2 yaralı

serddBakı-Quba-Rusiya sərhədi yolunun 77-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun Xızı rayonu hissəsində Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı maşının aşması nəticəsində 2 nəfər dünyasını dəyişib.

Sərnişin daşıma ilə məşğul olan 1983-cü il təvəllüdlü sürücü, Ağdaş sakini Nürəddin Bahəddin oğlu Baxışov yaralanıb.
Sərnişinlərdən 56 yaşlı Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsinin sakini Məhəbbət İsa qızı Şahbazova və hələlik kimliyi məlum olmayan sərnişin ölüb. Məhəbbət Şahbazovanın azyaşlı oğlu isə yaralanıb. Yaralılar Siyəzən rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR