Sumqayıtdakı eyvan qalmaqalı davam edir

79616Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Şakir Eyvazov Sumqayıt şəhərinin girəcəyində yerləşən 36-cı məhəllənin Sülh küçəsi və Bakı küçəsində yerləşən binaların yol tərəf hissəsində aparılan fasadlama (üzləmə) işlərinin bütün məsuliyyətinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə düşdüyünü bildirib.

Bu barədə “Qafqazinfo”ya binanın sakinləri məlumat verib. Bildirilir ki, Ş.Eyvazovun sözlərinə görə binanın sifarişçisi İcra Hakimiyyəti olduğu üçün bütün narazılıqlar və şikayətlərə də İcra Hakimiyyəti cavabdehdir. Vətəndaşlar yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri nəticəsində eyvanların tam hazır vəziyyətdəki en məsafəsinin 70-60 sm təşkil etdiyini bildirirblər. Şakir Eyvazov fasadlama işləri nəticəsində narazı düşən sakinlərə Sumqayıt şəhər İcra Hakimiyyətə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, bu layihənin sifarişçisi Sumqayıt şəhər İcra Hakimiyyəti, layihəni hazırlayan isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutudur. Layihəni hazırlayan BDLİ əsasən sakinlərin dincəlmələri və rahatlığı üçün istifadə olunan eyvanların demək olar ki, ləğv edilməsi ilə nəticələnən dizayn hazırlayıb. Dizayna görə giriş bloklarının pəncərələri tam bağlı, mətbəxlərin isə pəncərələri ciftli olmalıdır.

337255603261

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR