Zaqatalada “ 7 ballıq zəlzələ” hələ də davam edir

zaqatala

“RİH-nin, FHK-nın nümayəndələri mənə 5 min manata qol çəkdirdilər”

2012-ci ildə Zaqatala rayonunda baş verən 7 ballıq zəlzələdən 2 ildən artq vaxt keçsə də hələ də rayonun kəndlərində xeyli uçmuş evlər, obyektlər qalmaqda davam edir. Həm də bəzi məmurların səhlənkarlığı və tamahı ucbatından xeyli sayda sakin hazırda evsiz-eşiksiz qalıb. Dövlətin ayırdığı vəsait kimlərinsə cibinə gedib. Bölgə müxbirimizin Zaqataladan verdiyi xəbərə görə rayonun Bəhmədli kənd sakini Musaxanov İsrafil Ömər oğlu 2 ildən artıqdır ki, qəzalı evdə ailə üzvləri ilə birgə yaşayır. İsrafil Musaxanov Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az)müxbirinə bildirib ki, zəlzələdən sonra Zaqatala RİH-nin və Fövqəladə Hallar Komissiyasının üzvləri və kənd icra nümayəndəsi Asif İsgəndərov mənim evimə baxış keçirdilər və evin yaşayış üçün yararsız olduğunu bildirdilər. Sonra gələn nümayəndələr mənə 5 min manatlıq sənədə qol çəkdirdilər ki, sənə kömək ediləcək. Mən də onlara və əsasən kənd icra nümayəndəsi Asif İsgəndərova inanıb sənədə qol çəkdim. Kənd sakini bildirib ki, o vaxtdan 2 il keçsə də nə 5 min manatdan xəbər var, nə də evimin təmirinə kömək edirlər. Bu məsələ ilə bağlı kəndin icra nümayəndəsi Asif İsgəndərovla əlaqə saxladıq. O, bildirdi ki, birincisi, FHN bu məsələlərdə bizi heç yaxına buraxmır…ikincisi qoy həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət etsin”

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR