Alimlərin araşdırması düz çıxdı – Ebola Avropada

1412715341

Ebola virusunun getdikcə Avropa ölkələrinə də yayılması barədə deyilənlər özünü doğruldur.

Axar.az xəbər verir ki, artıq İspaniyanın paytaxtı Madriddə bir tibb bacısında bu virusun aşkarlanması böyük narahatlığa səbəb olub. Bununla da Avropada ilk ebolaya yoluxma faktı təsdiqini tapıb. Madrid Sağlıq Dairəsi xəstəxanasında tibb bacısının qanında aparılan ikinci araşdırma da onun həqiqətən ebola virusuna yoluxduğunu təsdiqləyib. Ötən həftə sözügedən xəstəxanaya Afrikadan bu virusa yoluxmuş iki ispan vətəndaşı gətirilib. Həmin xəstələrin müayinəsi ilə sözügedən tibb bacısı məşğul olduğundan ehtimal olunur ki, virus da ona buradan yoluxub. Bununla da ilk dəfə Avropada yaşayan və heç vaxt Afrikada olmayan birində bu virus aşkarlanmış olub.

Bundan başqa, Norveç Sərhədsiz Həkimlər Birliyinin bir həkimi də Avropada yaşayan və bu virusa yoluxan ikinci şəxs hesab edilir. Həkim narahatlıq səbəbindən qan analizi verib və analizlərin cavabı həkimin ebolaya yoluxduğunu təsdiq edib.

Qeyd edək ki, bir müddət öncə, oktyabrın sonlarında amerikalı alimlər Böyük Britaniya və Fransa kimi ölkələrin bu virusa yoluxacaqlarını bildirmişdi. Bostonun Şimal-Şərq Universitetinin professoru Aleks Vespinyaninin araşdırmasına görə, bu virusun Fransada yayılma riski 75%, Böyük Britaniyada isə 50% təşkil edir. Bundan başqa, Belçika, İspaniya və İsveçrə kimi ölkələr də risk altındadır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR