Ancelina Coliyə “cəngavər titulu” verildi

rs_634x882-141010053435-634.Queen-Elizabeth-Angelina-Jolie-JR-101014Britaniya kraliçası II Yelizaveta Hollivud ulduzu Ancelina Colini fəxri “Kavaler xanım” titulu – qadınlar üçün “Cəngavər titulu”nun analoquna layiq görüb. Mükafatın rəsmi təqdimat mərasimi bu gün Bukinqem sarayında baş tutub.

Amerikalı aktrisa bu fəxri titulu Britaniyanın xarici siyasət maraqlarına xidmətə görə “Britaniya imperiyası ordeni”nə layiq görülməsi və hərbi münaqişələrin getdiyi ərazilərdə cinsi zorakılığa qarşı qlobal mübarizə kampaniyası ilə əlaqədar olaraq alıb.

“Kavaler xanım” titulu kişilər üçün nəzərdə tutulmuş “Cəngavər titulu”nun analoqudur. O, “Britaniya imperiyasının ordeni”, “Xanım komandor” və “Böyük xaç xanımı” kimi digər Britaniya ordenləri ilə təltif edilmiş qadınlara layiq görülür.

rs_1024x759-141010055241-1024.Queen-Elizabeth-Angelina-Jolie-JR1-101014

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR