Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı

25068597Saatların əqrəbləri bir saat geri çəkiləcək.

Oktyabrın 26-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Beləliklə, bu il oktyabrın 26-da saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR