Çeçenistanda terror aktı: 5 polis ölüb

2dcfe3c9ad887995adeac6b03cbeb674c711ed06

Polis gənci yoxlamaq istəyərkən o üzərindəki bombanı işə salıb.

Çeçenistanın paytaxtı Qroznıda baş vermiş partlayışda 5 polis ölüb, 12 nəfər yaralanıb.

Qafqaznews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiyanın RİA Novosti agentliyi Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkən o üzərindəki bombanı işə salıb.

Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.

İlkin məlumata görə, bombalı hücumçu 19 yaşlı yerli sakin Opti Mudarovdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR