Daha bir kişi özünü “Koroğlu” körpüsündən atmaq istədi

66460_res_01

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis gəlib.

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb və körpüdən endirilib.

İntihara cəhd edən şəxsin 1986-cı il təvəllüdlü Abbasov İlkin Eldar oğlu olduğu müəyyənləşib.

İ.Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparılıb (APA).

Özünü “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüdən atmaq istəyən avtobus sürücüsü, 28 yaşlı Abbasov İlkin Eldar oğlu intihara cəhdinin səbəbini açıqlayıb. O, Sabunçu RPİ 12-ci polis bölməsindəki ifadəsində bildirib ki, işlədiyi marşrut xəttinin sahibi ilə aralarında problem var. Avtobus sürücüsü intihara da marşrut sahibinin əlindən cəhd etdiyini deyib (musavat.com).

Virtualaz.org saytı isə bunu yada salır ki, artıq “intihar körpüsü”nə dönən bu körpüdən buna qədər də özünü atmaqla hədələyənlər olub. Sonuncu belə hadisə təxminən 20 gün əvvəl baş verib. Həmin şəxs də xilas edilib.

Borca düşənlər, təzə maşın almağa pul tapmayanlar, arvadı və ya qonşusu ilə savaşıb depressiyaya düşənlər, istədiyi qızdan rədd cavabı alanlar, sayılmayıb qonşu-qohum toyuna çağırılmayanlar, ya içkini, ya da yatıb yuxusunu qarışdıranlar, bir sözlə, ən müxtəlif ağıl-kamal sahibləri o dəqiqə bu körpünü yada salıb intihar üçün ora gəlir. Amma bu körpünün ətrafında qoruyucu çəpər çəkmək, yaxud nəsə başqa bir tədbir görmək hələlik heç kimin ağlına gəlmir. Bunlar ağla gəlmədikcə də bu cür adamlar cəmiyyətin, paytaxt sakinlərinin, əsasən də yeniyetmələrin ağlını qarışdırmaqda, ətrafdakı insanların əsəblərini gərməkdə davam edəcək…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR