FİFA Ukraynaya qarşı: Siyasi qalmaqal – Foto

1414673744

Rusiyada keçiriləcək 2018-ci il FİFA Dünya Kubokunun rəsmi loqosunun təqdimatı zamanı Krım Rusiya ərazisi olaraq göstərilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müşaviri Markiyan Lubkivski özünün Feysbuk səhifəsində məlumat yayıb.

Markiyan Ukrayna Futbol Federasiyasını, Gənclər və İdman nazirliyini Krımın Rusiya ərazisi olaraq göstərilməsinə etiraz etməyə çağırıb.

O, sözügedən qurumlardan məsələ ilə bağlı məhkəməyə müraciət etmələrini istəyib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR