Göygöl rayonunda avtobus “KamAZ”-a çırpılıb -40 yaralı

img1649882

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “MERCEDES” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gəncə şəhər Təxili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:
Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü);
Osmanov Vasif Əli oğlu (1985)
Alıyeva gülşən Dursun qızı (1963)
Süleymanova Həmayıl Cahangir qızı (1968)
Hacıyeva Nabat Qurban qızı (1955)
Ayvazova Hürü Mustafa qızı (1953)
Mamedov Bəhruz İlham oğlu (1993).
Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR