İlqar Mikayıloğlu başqa telekanalda aparıcı oldu

23682

Uzun illərdir ANS-də aparıcılıq etmiş və bir ay əvvəl  bu telekanalından ayrılan İlqar Mikayıloğlu artıq “Azad Azərbaycan” Televiziyasında (ATV)  çalışacaq. Bizimyol.info xəbər verir ki, bu gün ATV-də yeni layihə olan “Gün üzü” səhər verilişi ilk dəfə efirə çıxıb. Verilişin aparıcısı İlqar Mikayıloğludur.

Qeyd edək ki, İlqar Mikayıloğlu əvvəllər ANS-də vətənpərvərlik verilişi olan “Marş”ın, son olaraq isə səhər proqramı olan “Günəbaxan” verilişinin aparıcısı olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR