İrəvanda göydən daş yağır (FOTO)

44705Erməni mətbuatı bunu hakimiyyətin günahlarının nəticəsi sayıb

Bu gün səhər saat 07:54 radələrində İrəvanın Saralanc prospektində daş uçqunu baş verib.

ANS PRESS-in məlumatına görə, uçqun yolun xeyli hissəsini bağlayıb.

Hadisə yerinə xilasedicilər yola düşüb. Xilasedicilər təbii fəlakət zonasını qalan hissədən ayırıblar. Şəhər meriyasının işçiləri yolu təmizləməklə məşğuldurlar.

Erməni mətbuatının bəzi nümayəndələri bunu “göydən daş yağma” adlandırıb və Sarkisyan hakimiyyətinin günahlarının nəticəsi olduğunu vurğulayıb.

ea87859622ab

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR