“Karvan” ticarət mərkəzi yanır: 1 ölü, 5 yaralı – FOTO,VİDEO

141287419822:02

Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.

 

Karvan TM-nin sahibi Ağamirzə Əhədovdur.

 

Qeyd edək ki, ötən il də bu yarmarka yanmışdı. Bəzi iddialara görə, Sumqayıtda sahibkarlar arasında gedən amansız rəqabətin nəticəsi olaraq, hər dəfə bu ticarət mərkəzi yandırılır.

Axar.az ötən ilki yanğından sonra sahibkarların etirazlarını təqdim edir.

 

22:43

​Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə aşçıqlama verib. Nazir müavini bildirib ki, yanğın nəticəsində  1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.

45998951524293830838730

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR