Kazaklar nizamsız əsgərləri şallaqladılar – Video

1412846509Ukraynanın şərqində döyüşən kazak qvardiyası nizamsız əsgərləri cəzalandırıblar.

Axar.az xəbər verir ki, cəza mərasimi Ukraynanın Luqansk vilayətinin mərkəzində baş tutub. Kazak zabitlər sərxoşluq edən və nizamsız hərəkətə yol verən əsgərləri sıra ilə şallaqlayıblar. Hər cəza üçün üç dəfə (ikiqat) şallaq vurulub. Daha sonra şallaqlanan əsgərlərin yara yerləri dezinfeksiya olunub. Şallaqlanan əsgərlərin heç biri müqavimət göstərməyib və cəzalarına razı olublar.

Kazaklar bu üsuldan yerli ənənə olduğunu əsas gətirərək istifadə ediblər.

Cəza mərasimi yerli kanallardan birində yayımlanıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR