Müğənni “Facebook”a ortaq oldu

64687

Əmrah sosial şəbəkənin səhmlərinə 2 milyon dollar ödəyib

Ötən il dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Twitter” üçün İspaniyaya gedən və 5 milyon dollarlıq səhm alan Əmrah daha bir dünya nəhəngi ilə ortaq olur. ANS PRESS-in məlumatına görə, bu dəfə müğənni gözünü “Facebook”a dikib.

Əlinə keçəni daşınmaz əmlaka qoyan Əmrahın 100-ə yaxının mülkünün olduğu deyilir. Əmrah ötən il dünyada 250 milyona yaxın fəal istifadəçisi olan “Twitter”in hissələrini birjadakı yüksəlişi görəndən sonra əldə etmişdi. Lakin bu alış-verişdən sonra başalayan ucuzlaşma müğənninin ziyana uğraması ilə nəticələnib.

Bundan narahat olan Əmrah dərhal əlindəki səhmlərin bir qismini satıb. Əldə edilən gəlirlə isə o digər sosial şəbəkə nəhəngi “Facebook”a ortaq olub. Belə ki, o 1 milyarddan çox istifadəçisi olan “Facebook” üçün 2 milyon dollar ödəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR