“Neftçi”nin daha bir futbolçusu milliyə çağırıldı

42685“Neftçi”nin aparıcı oyunçularından olan Julius Vobay klubun düşərgəsini tərk edib.

Qol.Az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, buna səbəb təcrübəli yarımmüdafiəçinin Syerra-Leone millisindən dəvət almasıdır.

Vobay Bakıya oktyabrın 15-də qayıdacaq.

Xatırladaq ki, komandnın üzvlərindən Emil Balayev, Elvin Yunuszadə, Elnur Allahverdiyev və Araz Abdullayev hazırda Azərbaycan yığmasının heyətindədir. Bundan əlavə braziliyalı yarımmüdafiəçi Flavinyo müalicəsini davam etdirmək üçün İtaliyaya gedib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR