Səlim Müslümov hara baxır?

img1544102

İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi idarəsinin müdiri Çingiz Əliyevə
İsmayıllı sakini Salihov Pərviz tərəfindən məlumat.
Məlum edirəm ki, 1982-çi il təvəllüdlü oğlum Salihov Rəşad 1 ildir ki, ailə qurub. Lakin özü və həyat yoldaşı işləmədiyəndən və hər hansı gəlir yerləri olmadığından çətinliklə yaşayırlar. (Daha doğrusunu desək, mənim aldığım pensiya hesabına yaşayırlar.) Sosial durumları nisbətən yaxşılaşsın deyə Sizin başçılıq etdiyiniz idarəyə şifahi qaydada müraciət etdim. İdarənizdə həmin şöbəyə rəhbərlik edən Fuad adlı birisi bildirdi ki, onlara sosial yardım düşmür. Fikrini belə əsaslandırdı ki, işə qadir adamdırsa haradasa işləməlidir. Görünür Fuadın adi savadı da yoxdur bilsin ki, sosial yardım pensiya demək deyil ki, işə qadir olmayan adamlara aid olunsun-yaşından və ya işə yararsız olduğundan və digər səbəblərdən asılı olaraq. Bu şəxs (belə məsul vəzifə tutduğuna baxmayaraq) hələ bilmir ki, sosial yardım hətta (işləmirsə) general rütbəsində olanlara da, professorlara da aid edilir.
Araşdırmalar nəticəsində məlum oldu ki, Fuadın müraciətə belə münasibəti heç də savadsızlığı ilə bağlı deyilmiş. (Kimlərə sosial yardım müəyyənləşdirməsi araşdırılması müqabilində.) Bu adam sadəcə “6 ay mənim, 6 ay sənin” prinsipindən uzaqlaşa bilmirmiş. Amma nəzərə alımır ki, belə hərəkətlərə yol verməklə Əhalinin Sosial Müdafiəsi nazirliyinə, hətta ölkə prezidenti cənab İlham Əliyevə xəyanət etmiş olur-hakimiyyəti və nazirliyi hörmətdən salmaqla.
Hörmətli cənab müdir! Mən yerli adamam. İstəmərəm ki, istənilən məsələ ilə əlaqədar rayonun adı pislər arasında çəkilsin. Bu səbəbdən də məlumatı ölkə prezidentinə, nazirliyinizə deyil, öncə Sizə göndərməli oldum. Sizdən tələb edirəm: müvafiq şöbəyə təyin etdiyiniz Fuadı dərhal tutduğu vəzifəsindən azad edəsiniz. Ya da Fuadı iddiasında haqlı olduğunu hesab edirsinizsə, müraciətimi rəsmi qaydada cavablandırasınız. Əks təqdirdə müraciətin surətini Prezident İlham Əliyevə və naziriniz Səlim Müslümova (digər faktlar əlavə edilməklə) göndərəcəm.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR