Təlxək ikinci dəfə deputat seçildi – VİDEO

25498
Braziliyada keçirilən seçkilərdə təlxək ikinci dəfə millət vəkili seçilib.
Qafqaznews.az  anspressə istinadən xəbər verir ki, səhnə adı “Tiririka” olan Francisko Everardo Oliveyra Silva bir milyondan çox səs toplayaraq San Paulodan deputat seçilib.
İlk dəfə 2010-ci ildə deputatlığa namizədliyini verən təlxək oxuyub-yazmağı bacarmır. İlk namizədliyini verəndə vətəndaşlara vədlər vermiş Oliveyra Silva seçicilərə belə səslənmişdi: “Millət vəkilləri nə edir bilirsinizmi? Mən bilmirəm. Mənə səs verin gedib araşdırım”.
Təlxəyin ikinci dəfə millət vəkili seçilməsi görünür araşdırmalarının məhsuldar keçməyindən xəbər verir. Belə ki, Braziliya Seçki Mərkəzinin məlumatına görə, Tiririka ölkə daxilində ən çox səs toplayan ikinci millət vəkili olub. Qafqaznews.az deputatın videosunu təqdim edir:
73718

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR