Tibb üzrə Nobel mükafatı 3 alimə verildi

66714_res_012014-cü il fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-Britaniya alimi Con O’Kif və norveçli 2 alim –  May-Britt Moser və Edvard Moser layiq görülüblər.

Onlar beyində insanın fəzada mövqeyini müəyyənləşdirən hüceyrələr tapıblar.

Qaliblər haqda qərarda deyilir ki, onların kəşfi  filosofların və alimlərin əsrlərlə düşündükləri problemi həll edir: “Beyin bizi əhatə edən fəzanın xəritəsini necə yaradır? Biz mürəkkəb ətraf mühitdə necə naviqasiya edirik?”

Kəşf olunan hüceyrələr beyində mövqenin müəyyənləşməsi sisteminə cavab verir. Bu sistem beyində “daxili GPS sistemidir”.

Qərarı İsveçin Karolinska İnstitutu oktyabrın 6-da elan edib. Builki Nobel mükafatı 8 milyon İsveç kronu və ya 1 milyon 100 min dollardır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR