Axundlar DQİDK sədrinin dediklərini inkar elədilər

h_1

17 dekabr 2014-cü ildə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın bütün məscidlərində təhlükəsizlik sisteminin quraşdırılması üçün işlər gedir. ( APA )
Komitə sədrinin fikirlərinə münasibət bildirən Qaraçuxur məscidinin axundu Mirfəttah Fəttayev qafqaznews.org-a bildirib ki:” Məscidlərimizdə təhlükəsizlik sistemini komitənin iştirakı olmadan biz özümüz quraşdırmışıq”.
Məşədi Dadaş məscidinin axundu Hacı Şahin isə müxbirimizə bildirib ki, məsciddə təhlükəsizlik sistemini biz öz vəsaitimiz hesabına quraşdırmışıq, bunun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə heç bir dəxli yoxdur.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR