Bakıda qadını kürəyindən vurdular

75471_res_01

Bakının Xətai rayonunda qadını qanına qəltan ediblər.

Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zığ yolu ərazisində qeydə alınıb.

Belə ki, dünən gecə saat 22:50-də 1968-ci il təvəllüdlü Qafarova Samidə ağır bıçaq xəsarəti alıb. Onu kürəyindən bıçaqlayıblar. Qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qadının kim və nə səbəbdən vurulması isə araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı təhqiqat gedir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR