Bütün mallar 1 qəpiyə satıldı

514224_38582Dünyanın ən məşhur online alış-satış saytı “Amazon” illərdir qazandığı nüfuzunu bir neçə saat ərzində itirib.
Qafqaznews.az-ın ans-ə istinadən məlumatına görə, saytın Britaniya bölməsi bir neçə saat ərzində bütün məhsulları cəmi 1 qəpiyə satıb.
Sayt rəsmiləri hadisənin proqram təminatında yaranan problemlər ucbatından baş verdiyini açıqlayıb. İlkin məlumata görə, əsas səbəb saytda istifadə edilən “RepricerExpress” proqramındakı problem olub. Amazon vasitəsi ilə satış edən şirkətlər 100 min funt sterlinqə qədər ziyana düşüblər.
Satılan malları geri qaytarmaq mümkünsüzdür. Bu satıcılara ciddi ziyan vurub və bilavasitə “Amazon”un nüfuzuna mənfi təsir göstərib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR