Çinli edamdan 18 il sonra bəraət qazandı

kitayec

Onun ailəsi 5 min dollar alacaq.

Çin məhkəməsi təkrar araşdırmadan sonra 1996-ci ildə edam edilmiş 18 yaşlı gənci günahsız elan edib.

Oxu.Az xəbər verir ki, “South China Morning Post” qəzetinin dekabrın 15-də bildirdiyinə görə, məhkəmə ədalətsiz mühakimə edilmiş oğlanın valideynlərindən üzr istəyib.

Edam edilən Huuquci adlı gənc qadını zorlamaqda və öldürməkdə günahkar bilinib. Daxili Monqoliyanın Ali Məhkəməsi 18 ildən sonra qərara alıb ki, gənc günahsız olub.

Yeni verdikt həlak olanın dostu Yan Fenin (Yan Feng) bəyanatına əsaslanıb. O, əyalətin paytaxtı Huh-Hoto (Hohhot) şəhərində ictimai ayaqyolunda qadının qışqırıq səslərini eşidərkən Huuqcinin yanında olub. Yan Fen yan keçmək istəyib, amma onun dostu qurbana yardım etməyə çalışıb. Bundan başqa o, özü polisə gedərək baş verənləri xəbər verib. Baxmayaraq ki, Yan Fen onu bu fikirdən daşındırmağa çalışıb.

2005-ci ildə təcavüzkar və qatil Çjao Çjihun həbs edildikdən sonra polisə həmin qadının zorladığını və qətlə yetirdiyini etiraf edib. Amma işin təkrar baxışı yalnız indi keçirilib. Ədalətsiz şəkildə edam edilən gəncin qohumlarının maraqlarını təmsil edən vəkil jurnalistlərə hakimiyyətdən təzminat almağa niyyətli olduğunu söyləyib.

Daxili Monqoliyanın Ali Məhkəməsi jest olaraq ailəyə 30 min yuan (təxminən 5 min dollar) verməyi qərara alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR