“Google”da 2014-ün ən çox axtarılan idmançısı kim oldu?

publika.az1419332769gogglda axtarilanDünyaca məşhur axtarış sistemi olan “Google”da 2014-cü il üçün ən çox axtarış edilən idmançısı məlum olub.

Publika.az xəbər verir ki, bu il 80 milyon avro dəyərində “Real”a transfer olunan kolumbiyalı ulduz futbolçu Xames Rodriqes ən çox axtarılan idmançı olub.

 23 yaşlı yarımmüdafiəçi həqiqətən də Brazilyadakı dünya çempionatından sonra bir andaca məşhurlaşdı. “Real”a gələn gündən özünü evdəki kimi hiss edən Xames La Liqada 14 oyunda forma geyinməyə və 5 qol vurmağa imkan tapıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR