İnternetin yaradıcısı təkzib etdi

29435
Ümumdünya Hörümçək Torunun (World Wide Web – WWW) konsepsiyasının ixtiraçısı Tim Berners Li deyib ki, Rusiya prezidenti Vladimir Putin interneti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi layihəsi hesab etməkdə səhvə yol verib. O, bu haqda Reuters agentliyinə bildirib.
Qafqaznews.az ICTnews-a istinadən bildirir ki, akademik mühitin sayəsində inkişaf edib.
“Öz universitetlərini informasiya mübadiləsinə qoşan insanlar akademik mühitə məxsus olublar. Ona görə demək olar ki, layihə xoşniyyətli, ağıllı insanların sayəsində inkişaf edib”, – o deyib.
Bu ilin aprelində Putin Peterburqda keçirilmiş mediaforum iclasında deyib ki, internet MKİ-nin layihəsi kimi yaradılıb. Bütün məlumatlar ABŞ-da yerləşmiş serverlərdən keçir və nəzarət edilir.
Tim Berners Li Ümumdünya Hörümçək Torunun (World Wide Web — WWW) konsepsiyasının yaradıcısı kimi tanınan britaniyalı alimdir. Layihə 1989-cu ildə CERN tərəfindən təqdim edilib. Berners Li, həmçinin URL identifikatoru, HTTP protokolu və HTML dilinin ixtirasında iştirak edib. 2003-cü ildə şahzadə İkinci Yelizaveta tərəfindən xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR