Kərim Fransada ən yaxşı seçildi (FOTO)

79357Kərim Benzema Fransanın ən yaxşı futbolçusu seçilib.

ANS PRESS-in məlumatına görə, “Real Madrid” futbol klubunun hücumçusunu “France Football” jurnalının reytinqində ən yaxşı fransız futbolçu adlandırılıb. Beləliklə, 26 yaşlı oyunçu 2014-cü il üçün ölkəsinin ən yaxşı futbolçusu elan olunub.

Benzema İspaniya çempionatının hazırkı mövsümündə 13 oyun keçirərək 8 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Leon şəhərində anadan olub. Əslən Kabildən olan fransız futbolçu İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu olmaqla yanaşı, Fransa yığmasının da aparıcı oyunçusu olmaqda qalır.

Reytinqdə ikinci yerdə “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba, üçüncü yerdə isə “Real Madrid” klubunun müdafiəçisi Rafael Varan qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR