Milli Məclisin vitse-spikeri Bahar Muradova: “Bələdiyyə seçkisində heç bir gözlənilməzlik ola bilməz”

54396

Dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının ( MSK ) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki: ” Sabah
bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin 128-i müvəqqəti yaradılmış məntəqələrdir. 37 077 nəfər bələdiyyə üzvlüyünə namizədlər var. Seçkilərdə 8 siyasi partiya – YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər”. ( APA )
Bu seçkilərdə hansısa gözlənilməz hal baş verə bilərmi?
Milli Məclisin vitse- spikeri Bahar Muradova bildirdi ki, hansı gözlənilməzlikdən söhbət gedə bilər: “ Öz namizədlərini irəli sürən partiyaların siyahısına baxın. Sizcə, orada YAP-dan başqa partiyanın qələbəsi mümkündürmü?”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə öz partiyasının qələbə çalacağına inanmadığını bildirdi: “ Biz realist adamlarıq, qələbə çalacağımıza ümid etmirik. Amma hesab edirəm ki, seçkidə 2-ci yeri tuta bilərik”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR